Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini Babken Tunyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədr müavini seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə deputat sosial şəbəkədə məlumat yayıb.
“QDİƏT Baş Assambleyasının 61-ci plenar sessiyasında mən təşkilatın sədr müavini seçildim”, - Tunyan bildirib.
Qeyd edək ki, Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş QDİƏT parlamentləri sədrlərinin sammiti keçirilir.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Misir Belçikanı məğlub edir - Yenilənir
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq