Paşinyan və komandası dua edirdi ki, Bakı və İrəvan Vaşinqtonda bir dənə də olsun sənəd imzalamasın. Çünki bu, “yeni müharibə” ilə nəticələnəcək, ABŞ-Rusiya münaqişəsində Ermənistanın qalib gələ bilməyəcəyi yeni cəbhə açacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Hakim partiya sözün əsl mənasında dua edirdi ki, danışıqlar nəticəsində heç bir sənəd imzalanmasın. Çünki İrəvanın hansısa sənədi imzalanması ABŞ və Rusiya arasında münaqişənin yeni raunduna və Kremldə əsəbi reaksiyaya səbəb ola bilərdi. Bunun hesabını isə Paşinyan ödəməli olacaq. Eyni zamanda, İrəvan hesab edir ki, iyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammitində hansısa sənəd imzalana bilər”, - məlumatda deyilir.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Misir Belçikanı məğlub edir - Yenilənir
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq