Pərviz Abbasov azadlığa buraxıldı

16:30 - 5 May 2023 - GÜNDƏM

 Pərviz Abbasov azadlığa buraxıldı

"Yeni Klinika”nın həbsdə olan keçmiş direktoru Pərviz Abbasov azadlığa buraxılıb.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsi P. Abbasovun 3 illik həbs cəzasının üçdə iki hissəsi başa çatdığı üçün cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini qərara alıb və o azadlığa buraxılıb.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də həbs olunub.

O, külli miqdarda rüşvət almaqda ittiham olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib.

Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol