Bir neçə saat qabaq Rusiya HHQ-nin strateji aviasiyasından 4 ədəd Tu-22M3 Ukraynaya 4, 2 ədəd Tu-95MC isə 6 raket atıb. Atılan raketlərin 4-ü X-22, 6-sı isə X-101-dir.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Kamran Cəfərov qeyd edib. O bildirib ki, bu məlumatlar rəsmi olmasa da, artıq bu dəqiqə çox vacib məqamları qeyd etməyə zərurət yaranıb:
“Bu günə kimi Rusiyanın strateji aviasiyası 1 dəfə olsa da, cəbhə xəttinə zərbə endirməyib, müharibənin ilk günündən bu günə kimi belə hal olmayıb və hətta buna görə də rusiyalı hərbi ekspertlər arasında ciddi mübahisələr yaranırdı.
Bu gün ilk dəfə Rusiyanın strateji aviasiyası kritik (!) raket rezervlərdən istifadə edərək cəbhə xəttinə zərbələr endirdi. Bu, çox vacib hadisədir.
Cəbhə xəttində Rusiyanın vəziyyəti son dərədə pisdir, Ukrayna SQ cəbhədə çox ciddi əməliyyatlar aparır (bu mövzuda informasiya məkanında səssizlik elan olunub).
Rusiyanın müdafiə xətti çat verməyə başlayır və Kremldə panika hiss olunur.
Lukaşenko da öz növbəsində ayılmağa başlayır və Rusiya ilə sərhəddə nəzarəti gücləndirir”.
- Bulvarda bayram konserti keçirildi
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib