Təhlükəsizliklə bağlı həssas məsələləri ictimai yerlərdə müzakirə etmək düzgün deyil. Biz vəziyyəti necə idarə edə biləcəyimizi danışmalıyıq.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşü zamanı “Ermənistan yeni müharibəyə hazırdırmı?” sualına cavab olaraq deyib.
“Ordular hər zaman müharibəyə hazır olmalıdır, hətta birbaşa müharibə təhlükəsi olmayan ölkələrdə belə. Dünyada mövcud olan ölkələrin 70 və daha çox faizi öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir. 70% çox yumşaq dedim. Biz öz təhlükəsizliyini təmin edə biləcək ölkələrə arxalana bilərik. Yalnız bir təhlükəsizlik zəmanəti var - sülh”, - o əlavə edib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!