Ukrayna Qərbə məxsusdur və AB-yə qoşulmalı olsa da, Alyansın 5-ci maddəsinə əsasən, NATO-ya tamhüquqlu üzv kimi qoşulmasına icazə verilməməsi üçün daha ciddi səbəblər var.
BUTA.TV xəbər verir ki, bunu "Blumberq"in analitiki Andreas Klut bildirib.
O qeyd edib ki, Ukrayna nüvə silahına malik Rusiya ilə münaqişədə olduğu halda alyansa qoşulmaq üçün rəsmi dəvətin verilməsi riskli addım olar:
"Putin zorakı və təcavüzkardır. Onu hədələmək və ya hücum etməsi üçün təxribatlara ehtiyac yoxdur. O, yalnız güc və hərbi dil ilə ifadə olunan çəkindirməni başa düşür. Göründüyü kimi, NATO-nun məqsədi budur. Bununla belə, artıq hücuma məruz qalan ölkəni üzv etmək bütün NATO üzvlərini münaqişəyə cəlb edəcək və III Dünya müharibəsinə gətirib çıxaracaq. 5-ci maddədəki qarşılıqlı müdafiə bəndi I Dünya müharibəsindən əvvəlki digər ittifaqlardan fərqli olaraq, avtomatizmi nəzərdə tutur".
O hesab edir ki, buna görə də NATO-nun Ukraynanın AB-yə daxil olmasını sürətləndirmək və onu NATO müttəfiqlərinin arsenallarından və fabriklərindən silahlandırmaqla dəstəkləmək daha yaxşıdır:
"Alyans Ukraynanın tərəfində müharibəyə girməməlidir. Ukrayna üçün təhlükəsizliyin və sülhün təminatları vacibdir, lakin onlar müharibə başa çatdıqdan sonra həll edilməlidir. Onlar, şübhəsiz ki, Kiyev, Moskva və onların vasitəçiləri arasında sülh danışıqlarının əsas nöqtələrindən birinə çevriləcək".
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq