Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb:
"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir".
Baş nazir qeyd edib ki, irimiqyaslı neft və qaz layihələri ilə yanaşı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə də Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika və nəqliyyat mərkəzlərindən birinə çevrilib:
"Bu kontekstdə Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq".
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq