2022-ci ildə Rusiyanı 1.3 milyon nəfər tərk edib. Bu səbəbdən ölkə 1998-ci ildən bəri ən böyük işçi çatışmazlığı ilə üzləşib.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Bilirilib ki, Rusiya Mərkəzi Bankı 14 min işəgötürən arasında sorğu keçirib və məlum olub ki, işçilərin sayı 1998-ci ildən bəri ən aşağı səviyyədədir.
“Son üç ildə Ukraynada pandemiya və genişmiqyaslı müharibə səbəbindən Rusiyanın əhalisi 2 milyon azalıb. Xüsusilə, 1,3 milyona qədər insan Rusiyanı tərk edib. Onların da əksəriyyəti qabaqcıl sənayelərdə çalışan çoxlu gənc və ali təhsil almış insanlardır. Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Telekommunikasiya Nazirliyi İT işçilərinin təxminən 10%-nin (100 min) ölkəni tərk etdiyini və geri qayıtmadığını bildirib”, - məlumatda qeyd olunub.
Məlumata görə, səfərbərlik, yüksək miqrasiya, əhalinin qocalması və azalması işçi qüvvəsi azaldıb. Bu da Rusiya iqtisadiyyatının potensial artımını azaldacaq və inflyasiya riskini artıracaq.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq