SEPAH-ın quru qoşunları termobarik döyüş başlığı ilə təchiz edilmiş yerli istehsal olan raketi sınaqdan keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, "Fəcr-5" raketini termobarik döyüş başlığı ilə təchiz ediblər. "Fəcr-5" 333 mm-lik raketdir və texnikanın idarə olunan versiyası artıq SEPAH-ın quru qüvvələrinə təhvil verilib",- məlumatda deyilir.
Qeyd olunur ki, yeni döyüş başlığının dağıdıcı gücü trinitrotoluoldan 1,5 dəfə çoxdur ki, bu da raketin məhvetmə radiusunu və istilik effektini artırır.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq