Bu gün “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykesn, akademiyanın kursantları, sərgi iştirakçıları iştirak edib.
Kəmaləddin Heydərov və Aleks Haykens fəxri qaravulla qarşılanıb.
Rəsmi və bədii hissədən ibarət olan tədbirdə olunub ki, “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi Fövqəladə Hallar Nazirliyi Elm Təhsil Nazirliyi ilə birgə fevral-may aylarında məktəblilər arasında keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və onlara dəstəkdir.
Tədbirin sonunda qaliblərə mükafatlar verilib.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq