Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.
Belə ki, müalicə məqsədilə 4 yaşlı Yusifli Elmira Rahim qızına nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb.
Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də,
onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Hazırda fakt araşdırılır.
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib