İrəvan hakimiyyəti “Nemezis” abidəsini sökmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə İrəvan meriyasından bildirilib.
Qeyd edək ki, türk və azərbaycanlı diplomatları qətlə yetirməklə məşğul olan “Nemezis” terror hərəkatına İrəvanda abidə qoyulduqdan sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə “Nemezis” abidəsinin sökülməyəcəyi təqdirdə rəsmi Ankaranın əlavə tədbirlər görəcəyini də elan edib.
Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələdə Türkiyənin mövqeyini doğru hesab etsə də, “satqın adlandırılmaqdan qorxduğu üçün” bu abidənin qoyulmasına qarşı çıxa bilmədiyini demişdi.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı