Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Moskvada keçirilən bugünkü paradı ələ salıb.
BUTA.TV xəbər verir ki, o, mayın 9-da Moskvada keçirilən “ən qısa hərbi parad”ın Ginnesin Rekordlar Kitabına daxil olması üçün Rusiyanın “ərizə təqdim etdiyini” bildirib.
O qeyd edib ki, Moskvanın Qırmızı meydanındakı paradı təxminən 40 dəqiqə davam edib:
“Bu, 1941-ci ildən bəri ən qısa parad idi. Qorxaqlıq və qorxu paradı”.
Danilov iddia edib ki, paradı tez-tələsik yekunlaşdırmalarına səbəb “bunkerə mümkün qədər tez qaçmaq” istəyindəndir.
- Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq
- Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video
- Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video