Kürdüstana status istəyirik. Cənubda rəsmi status var, şimal statussuz qala bilməz.
BUTA.TV xəbər verir ki, bunu HDP-nin Van üzrə deputatlığa namizədi, Kürdüstan Kommunist Partiyasının sədri Sinan Çiftürək deyib.
“Konstitusiyada kürd xalqının “varlığı” qəbul edilməldir. Şüarımız Türkiyə üçün demokratiya, Kürdüstan üçün azadlıqdır. Ərazi coğrafi statusa malik olmalıdır. Bu status Cənub modeli kimi olmalıdır, yoxsa bələdiyyələr formasında? İndidən onu müəyyən etmək mümkün deyil”, - S.Çiftürək bildirib.
Qeyd edək ki, bir müddət əvvəl CHP lideri Kamal Kılıçdaroğlu HDP ilə bağlı qapılar arxasında görüş keçirmişdi. Görüşdə baş verən proseslər isə ictimaiyyətə açıqlanmamışdı. Türkiyə mediası Çiftürəyin açıqlamasının keçirilən görüşlə əlaqəli olduğunu iddia edir.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı