Türkiyədə seçkilərin ədalətli, şəffaf və kənar müdaxilə olmadan keçiriləcəyinə əminəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xİn rəhbəri Sergey Lavrov deyib.
“Fürsətdən istifadə edərək türk həmkarlarıma uğurlu seçkilər arzulayıram. Bu seçkilər, bildiyim qədər, ölkədən kənarda artıq başlayıb. Əminəm ki, onlar dürüst, şəffaf olacaq və heç bir kənar müdaxilə olmadan türk xalqının iradəsini təmin edəcək”, - nazir Moskvada Suriya üzrə dördtərəfli nazirlər görüşündə deyib.
Qeyd edək ki, Moskvada Türkiyə, Suriya, İran və Rusiya XİN başçılarının görüşü keçirilir.
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video