İspaniyanın "Barselona" klubu mövsümün sonunda futbolçusu Serxio Busketslə yollarını ayıracağını açıqlayıb.
BUTA.TV xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi Tvitter hesabında paylaşım edib.
Postda "Barsa" əfsanəsi ilə vidalaşır" yazılıb.
Qeyd edək ki, 2008-ci ildən əsas komandada çıxış edən Serxio Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
35 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Superkubokunun qalibi olub.
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video