Xankəndidəki separatçı-saxta rejimin keçmiş “arxiyepiskopu” Parqev ABŞ-dan qayıtmayıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Bildirilir ki, Parqev son 3 ildə Erməni Apostol Kilsəsinin xüsusi nümayəndəsi olaraq ABŞ-da yaşayır. Onun burada müxtəlif diaspor nümayəndələri ilə görüşlər keçirdiyi deyilir.
Parqevin ABŞ-da qrinkart gözlədiyi vurğulanıb. Qəzet onun Ermənistana qayıtmaq fikrində olmadığını, bununla da ölkədən qaçmasının təsdiqləndiyini yazıb.
Qeyd edək ki, Parqev Martirosyan əslən Sumqayıt ermənisidir. O, 80-ci illərin sonunda Xankəndiyə gələrək separatçı birliklərə qoşulub. İkinci Qarabağ müharibəsi dövründə Parqev Ordumuz haqqında sərt bəyanatlarla çıxış edib. Noyabrın 8-də Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra infarkt keçirib. Xankəndidən İrəvana, bir müddət sonra isə ABŞ-a aparılıb.
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
- Bakıda atəşfəşanlıq oldu - Video - Fotolar
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video