Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir.
BUTA.TV xəbər verir kki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir
- Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi
- Bəzi ərazilərə intensiv yağış yağır
- Bakının bu rayonlarında işıq olmayacaq
- Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək