Rusiya hərbçiləri logistika ilə bağlı böyük problemlər yaşayır, komandanlıq bu məsələyə diqqət yetirmir.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi ekspert, İsrail ordusunun zabiti İqal Levin deyib.
O bildirib ki, Ukrayna düşməninin məhz bu sahədə vəziyyətini çətinləşdirməyə çalışacaq:
“Hərbi şərtlərdə logistika sadəcə yükü A nöqtəsindən B nöqtəsinə daşımaq demək deyil, ordunun tam anlamda təminatıdır. Ukrayna buna zərbə vurmağa çalışır, tamam məhv etmək istəyir. Eyni zamanda, Rusiyada logistika ənənəvi olaraq diqqətdən kənarda qalır. Bu sahə hətta çar, sovet və indiki orduda güclü olmayıb. Ona görə də Ukrayna bunu başa düşür və məhz onu vurur”.
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var