Vladimir Putin dünyanın ən təhlükəli axmağıdır.
BUTA.TV xəbər verir ki, bunu amerikalı jurnalist Tomas Fridman “Nyu York Tayms” nəşrindəki məqaləsində yazıb.
Fridmanın sözlərinə görə, Putinin heç vaxt B planı olmayıb və o, Kiyevi sürətlə ələ keçirmək və orada oyuncaq hökumət qurmağı hesablamışdı.
“İndi elə vəziyyətə düşüb ki, nə qalib gələ bilir, nə məğlub ola bilir, nə də dayana bilir. Onun B planı A planının uğursuzluğa düçar olmasının ört-basdır etmək üçün olacaq. Bu, bu müharibəni dövrümüzün ən mənasız müharibələrindən birinə çevirir. Bir ölkənin lideri böyük axmaq olduğunu gizlətmək üçün digər ölkənin mülki infrastrukturunu məhv edir”, - Fridman bildirib.
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var