Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyul ayında Los-Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğun yaxınlığında dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə qarşı çıxardığı hökmü alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.
“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycanın Baş Konsulluğu qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”, - paylaşımda deyilir.
Qeyd olunur ki, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və zərərçəkmişin bütün xərclərini ödəməlidir.
"Ümid edirik ki, bundan lazımi dərs çıxarılacaq", - A.Hacızadə əlavə edib.
- Nazirdən fermerlərə şad xəbər
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb