Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin edir.
BUTA.TV xəbər verir ki, bu barədə Caliber.az məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu, ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki rəsmiləşmə mərhələsindədir.
Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Qeyd edilib ki, Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.
Beləliklə, Aİ-nin aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub, bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışıb.
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Nazirdən fermerlərə şad xəbər
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi