Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi ilə bağlı bir sıra iddialar ortaya çıxıb.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, M.İncəyə qarşı “kaset qalmaqalı” yaradan şəxsin adı açıqlanıb.
Montaj olunmuş görüntüləri paylaşan şəxsin FETÖ fərarisi Mətin Gülər olduğu iddia edilib. Bildirilir ki, o, porno filmdən kəsilən fotonu “Məhərrəm İncənin kaseti” adı ilə yayıb.
Yalan olduğu sübuta yetirilən böhtan xarakterli paylaşım sosial mediada geniş yayıldıqdan sonra silinib.
Qeyd edək ki, Almaniyada qaçaq olaraq yaşayan Mətin Gülərin CHP lideri Kamal Kılıçdaroğlunun həmyerlisi olduğu müəyyənləşib. M.Gülərin Tunceli vilayətinin Ovacıq rayonuda qeydiyyatda olduğu vurğulanıb.
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı
- Marketdə tavan uçdu - İşçi alt mərtəbəyə düşdü
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı