Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 % artaraq 901 manat olub.
Dövlət Statistika Komitəsindən BUTA.TV-a verilən məlumata görə, yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib. Beləliklə, təkcə mart ayında orta aylıq əmək haqqı 47 manat artıb.
3 ay ərzində iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bundan başqa, bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və yaxud 2% artaraq 1 736,3 min nəfər təşkil edib, onlardan 904,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,3 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı
- Marketdə tavan uçdu - İşçi alt mərtəbəyə düşdü
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı