Ötən gün “Avronyus” (Euronews) jurnalisti Annelise Borxes Laçın sərhəd-keçid məntəqəsini də ziyarət edib.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalist öz sosial şəbəkə hesabında status paylaşıb.
“Laçın dəhlizi. 22 iyul. İndi buradan Qırmızı Xaç Komitəsinin maşınları keçir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin ən mübahisəli hissəsidir.
Ermənilər deyirlər ki, Azərbaycan onları mühasirədə saxlayır, baxmayaraq ki, azərbaycanlılar sadəcə olaraq sərhədlərinə nəzarət edir, humanitar yardımın keçməsinə icazə verirlər”, - o bildirib.
Qeyd edək ki, erməni mediası ya onun statusunu tam verməyib, ya da Borxesin “çox güman ki, Şuşada keçirilən qlobal forumun iştirakçılarından biridir” deyə, mövqeyini nəyəsə bağlamağa çalışıblar.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür