Çimərliyə gedənlərə xəbərdarlıq!

16:38 - 24 İyul 2023 - GÜNDƏM

 Çimərliyə gedənlərə xəbərdarlıq!

İyulun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol