Xətaidəki yanğın niyə baş verib? - Mer danışdı

00:00 - 25 İyul 2023 - GÜNDƏM

 Xətaidəki yanğın niyə baş verib? - Mer danışdı

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğının niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkün olacaq.

BUTA.TV xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

“Bütün dünyada yay aylarında isti havada belə hadisələrlə rastlaşmaq olar. Bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperaturun qeydə alındığını nəzərə almalıyıq. Mən bunun qlobal istiləşmə ilə bağlı hadisə olduğunu deməzdim. Hadisənin niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkündür”, - E.Əzizov vurğulayıb.

Qeyd edək ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol