Sülh üçün təkliflərimizi Zelenskiyə təqdim etdik

00:24 - 25 İyul 2023 - GÜNDƏM

 Sülh üçün təkliflərimizi Zelenskiyə təqdim etdik

Türkiyə Ukrayna böhranının həlli üçün səylərini davam etdirməyə hazırdır, müvafiq təkliflər Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hökumətin sədrliyi ilə keçirilən iclasdan sonra xalqa videomüraciətində bildirib.

Ərdoğan Zelenski ilə iyulun 7-də İstanbulda görüşdüyünü xatırladıb:

“Onunla gündəliyimizdəki məsələləri müzakirə etdik. O cümlədən, 500 gündən artıqdır davam edən müharibə ilə bağlı təkliflərimizi bölüşdük və bu istiqamətdə əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha bildirdik”.
Ərdoğan iyulun 21-də Zelenski ilə Ukraynada nizamlanma perspektivlərini də müzakirə edib. Ankaranın təkliflərinin təfərrüatı hələlik açıqlanmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol