Yeni müharibənin qarşısını almağa çalışırıq

14:40 - 25 İyul 2023 - GÜNDƏM

 Yeni müharibənin qarşısını almağa çalışırıq

Biz yeni müharibənin qarşısını almaq üçün hər şeyi edirik və indiki hökumətin bütün nümayəndələrinin işi buna yönəlib.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan İtaliyaya işgüzar səfəri zamanı Romada erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Xaçatryan xoşbəxt və firavan Ermənistan arzusunun gerçəkləşəcəyinə əminliyini ifadə edib:

“Mənim buna heç bir şübhəm yoxdur və bütün hökumət eyni ideyanı bölüşür. Ermənistanın bu yolda hansı maneələrlə üzləşdiyini təsvir etmək belə istəmirəm”.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Prezident xatırladıb ki, Ermənistan cəmiyyətində “müharibə-sülh” vəziyyətinin uzun müddət davam edə biləcəyi və cəmiyyətin bundan əziyyət çəkməyəcəyi fikri vardı:

“Bu, həm siyasi, həm də insani baxımdan yanlış düşüncədir. Qonşu ilə problem varsa, onu çox tez həll etmək lazımdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol