Müəllimlərin diqqətinə: vakansiya seçimi başlayır

23:14 - 25 İyul 2023 - GÜNDƏM

 Müəllimlərin diqqətinə: vakansiya seçimi başlayır

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.

Bu barədə BUTA.TV-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Sabah saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol