“Nar” qəbul imtahanlarında uğurla iştirak edən bütün abituriyentləri təbrik edir, həmçinin, bu imtahanlarda ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracağını elan edir. Belə ki, mobil operator gələcəyin tələbələrinə daha rahat ünsiyyət üçün smartfonlar, “Nar” mobil nömrələri və yüksək məbləğdə balans təqdim edəcək. Məqsəd universitet həyatına yeni başlayacaq gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır.
2018-ci ildən bu ənənəni davam etdirən “Nar” istedadları yetişdirmək və davamlı öyrənmə mədəniyyətini inkişaf etdirmək məqsədi ilə korporativ sosial məsuliyyət çərçivəsinin bir hissəsi kimi təhsilin təşviqinə fəal şəkildə dəstək olur. “Nar”ın sosial layihələri barədə ətraflı əlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiz.
Nar hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür