Borrelldən Quranın yandırılmasına reaksiya

15:38 - 26 İyul 2023 - GÜNDƏM

 Borrelldən Quranın yandırılmasına reaksiya

Avropada bir çox müsəlmanı incidən son hərəkətləri nəzərə alaraq, AB dini nifrət və dözümsüzlüyün qızışdırılmasının bütün formalarına qəti şəkildə qarşı olduğunu bir daha təsdiqləyir.

BUTA.TV xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

“Müxtəlifliyə hörmət Avropa Birliyinin əsas dəyəridir. Bura digər dini icmalara hörmət də daxildir”, - o bildirib.

Borrell qeyd edib ki, müqəddəs sayılan hər bir kitab kimi Quranın təhqir olunması da açıq-aşkar təxribatdır:

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

“İrqçiliyin, ksenofobiyanın təzahürüdür və bunun AB-də yeri olmamalıdır. Biz din, inanc və ifadə azadlığının - həm AB daxilində, həm də xaricində - tərəfdarıyıq. Lakin qanuni olan hər şey etik deyil”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol