Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror fəaliyyətində şübhəli bilinən iki ölkə vətəndaşını saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi məlumat yayıb.
“Saxlanılanlar İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinir. Xüsusi əməliyyat Gürcüstanın iki rayonunda eyni vaxtda həyata keçirilib. Araşdırma zamanı üzərində terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar ələ keçirilib. Onların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr götürülüb”, - məlumatda deyilir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür