Ukrayna hərbçiləri Rusiya qoşunlarının Kupyansk və Liman istiqamətlərində irəliləyişinin qarşısını almaqda davam edir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Orada düşmən müdafiəmizdə zəif yerlər axtarır, top atəşinə tutur, piyada dəstələri ilə hücuma keçərək xüsusi təyinatlılardan istifadə edir, var gücü ilə müdafiəmizi yarmağa çalışır, ancaq uğursuz olurlar. Bu istiqamətlərdə hərbçilərimiz düşməni dayandırmaq üçün bütün tədbirləri görür. Qoşunlarımız Baxmut şəhəri ətrafında hücum əməliyyatlarını uğurla davam etdirir”, - Malyar bildirib.
Cənub cəbhəsindəki vəziyyət barədə məlumat verən Malyar qeyd edib ki, Ukrayna qoşunları Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir və tədricən irəliləyir:
"Staromayorskoye bölgəsində döyüşlər davam edir, müdafiəçilərimiz irəliləyir, ələ keçirilmiş xətlərdə mövqelərini gücləndirirlər. Düşmən itirilmiş mövqelərini, xüsusən də Zaporojye vilayətinin Rabotino şəhərinin şimal-şərqində itirdiyi mövqelərini qaytarmağa çalışır. Lakin heç bir nəticə yoxdur".
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür