Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın təqaüdə yola salınması münasibətilə görüş keçirilib.
BUTA.TV xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakimlik üzrə son yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların bundan sonra da hüquq qaydasının inkişafına dəstək göstərəcəklərinə ümidvar olduğunu qeyd edib.
Könül Məmmədov və Şövkət Nəcəfova öz növbəsində onlara və bütövlükdə hakim korpusuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası adından fəxri fərmanla təltif ediliblər.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür