Danimarka polisi Quranın yandırılmasının qarşısını almağa çalışan qadına hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Yeni Şəfəq” məlumat yayıb.
“Kadrlarda görünür ki, danimarkalı ifrat sağçı zirehli jilet geyinərək Quranı yandırmağa hazırlaşır. O, müqəddəs kitabı təhqir etməzdən əvvəl onun üstünə ayaqqabı qoyub. Yoldan keçən qadın Quranı götürüb qaçmağa çalışsa da, alınmayıb, fəalı mühafizə edən polis onu tutub. Polis qadına hücum edib, onu yerə yıxıb və Quranı götürüb, kitabı cırıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Danimarkada bir həftə ərzində üçüncü dəfə Quranın yandırılması aksiyası keçirilib. Bu dəfə aksiya Pakistan səfirliyinin yaxınlığında baş tutub.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür