Sisi Türkiyə səfərini ləğv etdi

11:56 - 27 İyul 2023 - GÜNDƏM

 Sisi Türkiyə səfərini ləğv etdi

Misir Prezidenti Əbdülfəttah Sisinin Türkiyəyə səfəri ləğv olunub.

BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Buna səbəb kimi Sisinin Sankt- Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirakı göstərilib.

Qeyd edək ki, daha əvvəl Sisinin iyulun 27-də Türkiyəyə səfər edəcəyi açıqlanmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Xatırladaq ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb.

2021-ci ilin martında Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik səviyyədə təmasların bərpa olunacağını bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol