Rusiyada helikopter qəzaya uğradı: 6 ölü, 7 yaralı - Video

13:26 - 27 İyul 2023 - GÜNDƏM

 Rusiyada helikopter qəzaya uğradı: 6 ölü, 7 yaralı - Video

Rusiyanın Altay diyarının Tunqur qəsəbəsində Mi-8 helikopteri qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Yaralılardan 5-i ciddi yanıq xəsarətləri alıb.

Bildirilib ki, helikopter enərkən elektrik xəttinə ilişib və yanmağa başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Hadisə ilə bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol