"Porşe" ilə təhlükəli vəziyyət yaradan sürücü saxlanıldı - Video

14:32 - 27 İyul 2023 - GÜNDƏM

Avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və əllərini sükandan buraxaraq idarə edən sürücü saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə BDYPİ-nin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat paylaşıb.

“Yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradan "Porşe" markalı 50-EM-010 nömrə nişanlı avtomobilin sürücüsü A.Zeyniyev DYP əməkdaşları tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib”, - R.Tağıyev bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol