“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin üçüncü günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazir Mədət Quliyev Haluk Görgünü yeni təyinatı münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı iki qardaş ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam etdirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
“İDEF - 2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçirilməsi planlaşdırılan birgə layihələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının TUSAŞ şirkəti arasında Niyyət Protokolu imzalanıb.
İmzalanma mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Makina və Kimya Endüstrisi şirkəti arasında əməkdaşlıq protokolu da imzalanıb.
Müqaviləni Azərbaycan tərəfindən müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyə tərəfindən isə milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfekçi imzalayıblar.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür