"Qəbələ"nin baş məşqçisi: Belə penalti vermirlər...

22:52 - 27 İyul 2023 - GÜNDƏM

Bizi ağır matç gözlədiyini bilirdik. Cavab görüşündə daha yaxşısını etməyə çalışacağıq.

BUTA.TV xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr "Omoniya"sına 2:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Baxşıyev oyun keyfiyyətini bəyəndiyini bildirib:

"Bu matçı analiz edib qarşıdakı görüşə hazırlaşacağıq. Qapıçını dəyişmək fikrimiz yoxdur. Ona inanırıq. Roman Bezusun da keyfiyyətli futbolçu olduğunu bilirdik".

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Baş məşqçi qapılarına təyin olunan penalti ilə bağlı da danışıb:

"Bizim çempionatda belə epizodlara 11 metrlik cərimə zərbəsi vermirlər. Bunun üzərində çox qalmaq istəmirəm. Futbolçulara inanıram. Kiprdə layiqli mübarizə aparacağımıza ümid edirəm".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol