İranda məşhur aktrisa həbs olundu - Foto

00:08 - 28 İyul 2023 - GÜNDƏM

 İranda məşhur aktrisa həbs olundu - Foto

İranda tanınmış aktrisa Şöhrə Qəmər saxlanılıb.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat verib.

“Tasnim News”un bununla bağlı yaydığı xəbərə görə, Şöhrə Qəmərə qarşı son günlər sosial mediada təhqiredici məzmunlu paylaşımlar etdiyi ilə bağlı ittiham irəli sürülüb.

“Cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığına görə Şöhrə Qəmər adlı aktrisaya qarşı cinayət işi açılıb”, - deyə yayılan xəbərdə bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Qeyd edək ki, məşhur aktrisa sosial media hesabında insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hökuməti kəskin tənqid atəşinə tutub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol