Bakı, İrəvan və Moskvanı bir-birinə qarşı qoymaq istəyirlər

01:00 - 28 İyul 2023 - GÜNDƏM

 Bakı, İrəvan və Moskvanı bir-birinə qarşı qoymaq istəyirlər

Ermənistana, Rusiyaya və Azərbaycana düşmən olan qüvvələr bu ölkələri bir-birinə qarşı qoymaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar.

BUTA.TV xəbər verir ki, bunu İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

“Onlar bu və ya digər şəkildə təxribat törədərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu da nə Ermənistana, nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Ancaq bu cür hərəkət edənlər regiondakı xalqların və ölkələrin maraqlarını yox, tamam başqa maraqları rəhbər tuturlar”.

Kedmi bildirib ki, 2020-ci ildəki müharibədən sonra vəziyyətin sabitləşdirilməsi üçün böyük addımlar atılıb:

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

“Hazırki mövcud problemlər texniki xarakter daşıyır. Onları həll etmək olar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol