Qurumların adından hazırlanan kiberhücumların qarşısı alındı

15:46 - 28 İyul 2023 - GÜNDƏM

 Qurumların adından hazırlanan kiberhücumların qarşısı alındı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 1-ci yarımil ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 582 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bu kibertəhdidlərin 251-i daxili araşdırma, 331-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Bununla yanaşı, 1-ci yarımildə xidmət kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 52 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alıb. Bunun nəticəsində hakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulub və kiberhücum cəhdləri qabaqlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol