Azərbaycan ən çox qeyri-neft məhsullarını bu ölkələrə ixrac edib

21:58 - 28 İyul 2023 - GÜNDƏM

 Azərbaycan ən çox qeyri-neft məhsullarını bu ölkələrə ixrac edib

Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

BUTA.TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında bildirilir.

Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (19,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

İyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol