Taqanroqa endirilən zərbəyə ABŞ-dan reaksiya

23:50 - 28 İyul 2023 - GÜNDƏM

 Taqanroqa endirilən zərbəyə ABŞ-dan reaksiya

Birləşmiş Ştatlar Rusiya ərazisinə zərbələr endirməyi təşviq etmir və onlara töhfə vermir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi Ukrayna ordusunun Taqanroqa zərbə endirməsi haqda qeyd edib.

“Biz çox açıq şəkildə bildirdik ki, Rusiyaya hücumları təşviq etmirik və ya onlara kömək etmirik”, - o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu S-200-ün zərbə versiyasından Rusiyanın Taqanroq şəhərinə zərbə endirib. Nəticədə 16 nəfər yaralanıb.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ukraynanın S-200-dən atdığı ikinci raket isə Azov şəhəri yaxınlığında zərərsizləşdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol