Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.
"Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş "Laçın") təyyarəsinin sınaq uçuşları keçirilib.
Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi ("Laçın") müqaviləsinin imzalanma mərasimi” keçirilib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür