Ukraynanın dəniz kamikadze dronu ilk dəfə göründü - Video

21:16 - 29 İyul 2023 - GÜNDƏM

 Ukraynanın dəniz kamikadze dronu ilk dəfə göründü - Video

Rusiyanın yerüstü hədəflərinə hücum etmək üçün istifadə edilən Ukraynanın "MAGURA V5" dəniz kamikadze dronlarının ilk dəfə yaxından necə göründüyü göstərilib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın CNN kanalı məlumat yayıb.

Məlumata görə, bu dronlar 800 km-ə qədər məsafədə 300 kq-a qədər partlayıcı daşımaq gücündədir.

"Onları idarə etmək çox asandır. Artıq Rusiya donanmasının hərəkətlərini ciddi şəkildə məhdudlaşdırdılar. Ukraynalılar sadəcə dronlarını ova göndərirlər, dalğaları gəzirlər. Rusiya gəmiləri onları görsə, ümidsiz bir atəş açırlar. Bəzən ruslar şanslıdırlar və dronları sıradan çıxarırlar. Ancaq digər vaxtlarda dronlar məqsədlərinə çatırlar".

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Ukrayna hərbçilərinin jurnalistlərə verdiyi məlumata görə, dəniz pilotsuz təyyarələri təkcə zərbələr üçün deyil, həm də yüklərin çatdırılması və kəşfiyyat üçün istifadə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol