ABŞ HHQ-nin 17 obyektində rabitə sistemi oğurlandı

23:08 - 29 İyul 2023 - GÜNDƏM

 ABŞ HHQ-nin 17 obyektində rabitə sistemi oğurlandı

Pentaqonun mühəndislərindən biri ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 17 obyektindəki rabitə sistemini oğurlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, söhbət Tennessi ştatındakı Arnold Hərbi Hava Qüvvələri bazasında işləyən bir işçidən gedir. 48 yaşlı mühəndis dövlət radiotexnikasını öz istifadəsi üçün oğurlayıb. Onun oğurladığı müvafiq avadanlıqların dəyəri təxminən 90 min dollar olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol