Xaçaturyanın iştirakçısı olduğu soyqrımının şahidi danışdı - Video

13:58 - 30 İyul 2023 - GÜNDƏM

 Xaçaturyanın iştirakçısı olduğu soyqrımının şahidi danışdı - Video

Meşəli facəisi 1991-ci il dekabrın 23-də baş verib. Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdılar. Pulemyotlardan, avtomatlardan və digər müasir silahlardan istifadə edirdilər.

BUTA.TV İTV-yə istinadla xəbər verir ki, bunu Meşəli soyqrımından sağ çıxan Sabir Qasımov deyib.

Onun sözlərinə görə, həmin vaxt kənddə özünmüdafiə batalyonu və Milli Ordunun 11-12 nəfər əsgəri var idi.

S. Qasımov ermənilərin kənddə qətlə yetirdikiləri qadın, uşaq, yaşlıların adlarını çəkərək 14 nəfərin ağır yaralandığını, 365 nəfərin isə zərər çəkdiyini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

O, kənd sakinlərinin ermənilərdən xilas olmaq üçün ayaqyalın, başıaçıq vəziyyətdə kəndlərini tərk etməli olduqlarını da qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol